Türkiyədə müxalifət vahid namizədini açıqladı
Türkiyənin əsas müxalifət partiyaları - Cümhuriyyət Xalq Partiyası (CHP) və Milliyyətçi Hərəkat Partiyası (MHP) prezident seçkilərində vahid namizədlə çıxış etmək barədə razılığa gəlib.
CHP lideri Kamal Kılıçdaroğlu MHP lideri Dövlət Baxçalı ilə görüşdən sonra vahid namizədi razılaşdırdıqlarını bəyan edib.
Onun sözlərinə görə, CHP və MHP bu ilin avqust ayında keçiriləcək prezident seçkilərində 2005-2009-cu illərdə İslam Əməkdaşlıq Təşkilatının baş katibi olmuş Ekmələddin İhsanoğlunun namizədliyini müdafiə edəcək.
Ekmələddin İhsanoğlu 1943-cü ildə Qahirədə anadan olub. Misirin Ayn Şəms Universitetinin məzunu, Osmanlı, Türk və İslam mədəniyyəti üzrə tanınmış mütəxəssislərdən biridir. Evlidir, üç övladı var.
OXŞAR XƏBƏRLƏR
18:49
188
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
15:11
411
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
17:46
1208
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
13:33
1366
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
13:32
1184
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
19:38
1195