Lənkəranda yol qəzasında 4 nəfər xəsarət alıb
Lənkəranda 4 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistralının 195-ci kilometrliyində, yolun Göyşaban kəndindən keçən hissəsində qeydə alınıb. Lənkəranın Liman şəhər sakini, 51 yaşlı Həsənəli Barat oğlu Babayevin idarə etdiyi “VAZ-2106” markalı avtomobil Astara rayonunun Suparibağ kənd sakini, 29 yaşlı Nizaməddin Telman oğlu Əliyevin idarə etdiyi “Mersedes” markalı yük maşını ilə toqquşub. Güclü zərbə nəticəsində “VAZ-2106” markal avtomobil daha sonra yolun kənarındakı hasara çırpılıb. Qəza zamanı hər iki avtomobil ciddi zədələnib, həmçinin “VAZ-2106”-nın sürücüsü və onun yanındakı sərnişinlər, Bakı şəhər sakini, 26 yaşlı Farid Vahid oğlu Məmmədov, Lənkəranın Ürgə kənd sakini, 24 yaşlı Təbriz Fərman oğlu Rzayev və Lerik rayon sakini, 44 yaşlı Sübhi Sərhad oğlu Hüseynzadə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib. MRX-dən verilən məlumata görə, yaralılardan Farid Məmmədovun vəziyyəti nisbətən ağırdır. Digər xəsarət alanlara isə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar.
İlkin versiya kimi hadisənin “VAZ-2106” markalı avtomobilin qarşısına qəfildən mal-qaranın çıxması səbəbindən baş verdiyi bildirilir.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub