İraq polisi Telaferi tərk etməzdən əvvəl həbsdə olan 60 türkməni edam edib
İraq polisi Telaferi tərk edən zaman həbsxanada saxlanan 60 türkməni qətlə yetirib. Bu barədə İraq Türkmən Cəbhəsinin Telafer 1-ci Büro təms ilçisi Hazım Dövlət bildirib. Onun sözlərinə görə, dünən gün ərzində İraq hökumətinə bağlı polislərlə İŞİD terrorçuları arasında döyüş gedib, Bakı vaxtı ilə saat 04.00-da İŞİD Telaferə nəzarəti tam ələ keçirib. Telafer Polis İdarəsində çalışan iraqlı polislər şəhərdən qaçmazdan əvvəl müxtəlif ittihamlara görə nəzarətdə saxlanan 60 türkməni edam edib. Polislər şiə türkmənlərlə birlikdə Sincar öblgəsinə qaçıblar. Hazım Dövlət İraq vertolyotlarının bu gün Telafer səhiyyə mərkəzinin binasına havadan 3 dəfə zərbə endirdiyini də deyib.
OXŞAR XƏBƏRLƏR
18:49
188
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
15:11
411
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
17:46
1208
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
13:33
1366
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
13:32
1184
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
19:38
1195