Bakıda dəhşət: 6 yaşlı qızı zorlayan 58 yaşlı kişi saxlandı!
Bakıda 58 yaşlı kişi 6 yaşlı qızı zorlayıb. APA TV-nin məlumatına görə, bununla bağlı Binəqədi rayon Polis İdarəsinə müraciət olunub. Müraciətdə bildirilir ki, Binəqədi kəndi ərazisində kirayədə qalan Salyan rayon sakini, 58 yaşlı kişi ev sahibinin azyaşlı qızına təcavüz edərkən, uşağın anası bunu görüb. Qadın qızını xilas etmək üçün kişi ilə əlbəyaxa olub və kirayənəşinin başına küt alətlə zərbə endirib. Bundan sonra həmin kişi oradan qaçıb və qadın da polisə məlumat verib. Uşağa qarşı seksual hərəkətlər törətməkdə təqsirləndirilən şəxs yaxlanıb.
Zorlandığı ehtimal olunan qız tibbi ekspertizadan keçiriləcək. Tibbi ekspertizanın rəyindən sonra hüquqi qiymət veriləcək. Araşdırmalar davam edir.
OXŞAR XƏBƏRLƏR
14:24
460
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ
18:00
1131
Ceyhun Bayramov: Bu gün Azərbaycan-Litva münasibətləri üçün tarixi gündür
14:07
1375
İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul etdi
11:30
1203
25 NOYABR - Kəlbəcərin AZADLIQ VƏ DİRÇƏLİŞ tarixi
15:19
1564
Razi Nurullayev bəzi məmurları tənqid etdi: “Dostbazlıq, yerlibazlıq…”
13:43
1095