Azərbaycan Ordusunun əsgəri şəhid oldu
Azərbaycan Ordusu itki verib. APA-nın məlumatına görə, hadisə cəbhə bölgəsində qeydə alınıb. Erməni Silahlı Birləşmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Kərimov Səməndər Fazil oğlu düşmən gülləsinə tuş gəlib. Səməndər Kərimov aldığı güllə yarasından şəhid olub. APA TV-nin xəbərinə görə, Müdafiə Nazirliyi cəbhə bölgəsində şəhid olmuş hərbçi ilə bağlı məlumat yayıb. Məlumatda deyilir ki, iyunun 15-də erməni silahlı bölmələri atəşkəs rejimini pozaraq mövqelərimizi atəşə tutub. Nəticədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayonundan hərbi xidmətə çağırılmış, kiçik çavuş, 1994-cü il təvəllüdlü Kərimov Səməndər Fazil oğlu düşmən tərəfindən açılan atəşdən şəhid olub.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə döyüş postunda şəxsi şücaət göstərdiyinə görə kiçik çavuş Səməndər Kərimov ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.
Müdafiə Nazirliyi rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbir diləyir.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub