İŞİD əsir götürdüyü 1700 polisi güllələdi
İraq İslam Şam Dövləti (İŞİD) qruplaşmasının 1700 polisi güllələdiyi iddia edilir. APA TV-nin Türkiyə mətbuatından əldə etdiyi məlumata görə, İŞİD qruplaşması Tiqrit şəhərində əsir aldığı 2500 polisdən 1700-nü güllələyib. Qruplaşma iddianı doğrulamaq üçün şəkillər paylaşıb. Şəkillərdə yerə yatırılaraq güllələnən insanlar görünür. Bu arada bölgədəki sünni təriqətinin tərəfdarları tərəfindən dəstəklənən İŞİD ilə İraq ordusu arasında toqquşmalar davam edir. İraq ordusunun Səlahəddin vilayətinin şimalındakı bölgələrin böyük hissəsini İraq Şam İslam dövləti təşkilatından geri aldığı bildirilir. Eyni zamanda İraq ordusuna aid döyüş helikopterlərinin Diyalanın şimalında başladığı əməliyyatda ərazinin bombardman edildiyi və bu zaman 7 iraq kürd ordusunun əsgərinin öldürüldüyü deyilir.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub