Bu gün Bakıda atəşfəşanlıq olacaq
15 iyun - Milli Qurtuluş günü münasibətilə Milli Parkda bayram konserti və atəşfəşanlıq təşkil ediləcək. Dənizkənarı Milli Bulvar İdarəsinin rəsi müavini Nazim Məcidovun APA TV-yə verdiyi məlumata görə, səhər saatlarından başlayaraq idarə əməkdaşları gücləndirilmiş iş rejimində çalışır. Axşam saatlarında paytaxt sakinlərinin Milli Parka axınını nəzərə alınıb və təhlükəsizlik tədbirləri həyata keçirilir. Bakı şəhər İcra Hakimiyyətindən isə bildirilir ki, bir neçə saat davam edəcək konsertdə respublikamızın tanınmış incəsənət ustaları çıxış edəcəklər. 21-00-da başlanan konsert proqramı saat 23-00-də möhtəşəm atəşfəşanlıqla başa çatacaq. Qeyd edək ki, ictimai asayişin və təhlükəsizliyin təmin edilməsi üçün paytaxt polisi də bu gün gücləndirilmiş iş rejimində çalışacaq.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub