Balakəndə ağır qəza: İki nəfərin vəziyyəti ağırdır
Balakəndə baş verən yol qəzasında iki nəfər ağır xəsarət alıb. APA TV-nin məlumatına görə, hadisə Balakən-Kortala avtomobil yolunda qeydə alınıb. 54 yaşlı Zaqatala rayonu Aşağı Tala kənd sakini Məhəmmədəmin Musa oğlu Lələyev idarə etdiyi “VAZ 21 074” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı işıq dirəyinə çırpıb. Baş vermiş qəza nəticəsində sürücü və onun sərnişini, 47 yaşlı Zaqatala rayonu Aşağı Tala kənd sakini İlqar Lələyev aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
"Yaralılar Qapalı kəllə beyin travması beyin silkələnməsi, ənsə nahiyəsində əzilmiş-cırılmış yarası, qarının küt travması, daxili qanaxma, travmatik şok diaqnozu ilə daxil olunub. Xəstəyə yardım edilib. Əməliyyat edilib. Hal hazırda vəziyyəti ağırdır".
Fakla bağlı Balakən RPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub