Kolumbiya millisi çempionata qələbə ilə başladı
Kolumbiyanın futbol millisi Braziliyada keçirilən dünya çempionatında Yunanıstan yığmasını məğlub edib.
Belu-Orizonti şəhərində keçirilən C qrupunun oyunu kolumbiyalıların 3:0 hesablı qələbəsi ilə başa çatıb. Pablo Armero 5-ci dəqiqədə Xuan Kuadradonun cinahdan ötürməsindən sonra Kolumbiya millisini hesabda irəli çıxarıb. Armeronun cərimə meydançasına yolladığı top yunan futbolçunun ayağına dəyərək, qapıdan keçib.
Kolumbiyalılar ikinci qolu künc zərbəsindən sonra vurublar. 58-ci dəqiqədə Teofilo Qutyerres dəqiq zərbə ilə komandasının üstünlüyünü iki topa çatdırıb. Oyunda son nöqtədəni Xames Rodriges qoyub. O, Kolumbiya millisinin üçüncü qolunu oyunun əsas vaxtına əlavə edilmiş 3-cü dəqiqədə vurub.
Qeyd edək ki, futbol üzrə dünya çempioanatı Braziliyanın 12 şəhərində keçiriplir. İyulun 13-də müəyyənləşəcək qalib 35 milyon dollar alacaq. Çempionatın gümüş mükafatçısı 25 milyon dollar, üçüncü yeri tutan komanda isə 22 milyon dollar qazanacaq.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub