Xaçmazda ağır yol qəzası: xəstəxana işçisi öldü, 3 nəfər yaralandı
Xaçmaz rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, hadisə Xaçmaz - Niyazabad yolunun 10-cu km-də qeydə alınıb. Xaçmaz rayon sakini, 40 yaşlı Ceyhun Ağayar oğlu Quliyevin idarə etdiyi “Chevrolet” markalı avtomaşınla “Opel” markalı nəqliyyat vasitəsi toqquşub. Qəza nəticəsində “Opel”in sərnişini Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının (MRX) Niyazabad kənd həkim məntəqəsinin feldşeri Müqəddəs Müntaha oğlu Tahayev hadisə yerində dünyasını dəyişib.
Daha 3 nəfər isə müxtəlif bədən xəsarətləri ilə Xaçmaz MRX-na yerləşdirilib. Bunlar “Chevrolet”in sürücüsü Ceyhun Quliyev, “Opel”in sürücüsü 46 yaşlı Əmrahov Fərhad Heydər oğlu və sərnişini 53 yaşlı Tahayeva Sürməxanım Naseh qızıdır. Onların vəziyyəti orta ağırdır.
Qeyd edək ki, “Opel”in sürücüsü F.Əmrahov Sərhəd Qoşunlarının “N” saylı hərbi hissəsinin giziridir.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub