Xəzəri çirkləndirən mənbələr açıqlandı
Abşeron yarımadasında Xəzər dənizini ən çox iki rayon çirkləndirir. Bu rayonlarda çirkab sularının təmizlənməsinə çox ciddi ehtiyac var. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov APA TV -yə bildirib ki, aparılan araşdırmalar nəticəsinə məlum olub ki, bu ərazilərdə böyük həcmlə axıdılan tullantı suları müvafiq norma və standartlara uyğun təmizlənmədən dənizə axıdılır. Onun sözlərinə görə, "Sahil" və "Şıx" çimərliklərinə qadağa qoyulmasına səbəb məhz bu rayonların əksər hissəsində çirkab suların təmizlənmədən dənizə axıdılmasıdır. Digər rayonların ərazisində modul tipli təmizləyici qurğular quraşdırıldığından vəziyyət qənaətbəxş hesab edilir.
"Bu ərazilərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən mobil tipli təmizləyici qurğular quraşdırılıb və vaxtı ilə dənizə axıdılan çirkab suların qarşısı alınıb. Qeyd olunan ərazidə belə hal yoxdur. Düzdür, bunlar dövlət proqramına salınmış bir məsələdir. Lakin vaxtla bağlıdır. Yəni təmizləyici qurğular istifadəyə veriləcək. Bu gün bizim səlahiyyətimiz budur ki, Xəzər dənizini çirkləndirən mənbələri göstərək".
Artıq neçə illərdir ki, bu iki rayon ərazində olan "Sahil" və "Şıx" çimərliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən qara siyahıya salınır.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub