Mosulda girov götürülən Türkiyə vətəndaşlarının sayı 200-ü keçdi
Mosulda girov götürülən Türkiyə vətəndaşlarının sayı 200-dən çoxdur. Bu sensasion açıqlamanı MHP İğdır millət vəkili Sinan Oğan verib. Onun sözlərinə görə, rəsmi olaraq 80 vətəndaşın girov götürüldüyü bildirilsə də, Mosulda çalışan və girov götürülən türk iş adamlarının adları bu siyahıya daxil edilməyib. Sinan Oğan İŞİD-in Türkiyənin Mosul konsulluğuna hücumu planlı şəkildə həyata keçirdiyini bildirib. O əlavə edib ki, konsulluqla üzbəüz ABŞ kəşfiyyat bürosunun binası yerləşsə də, İŞİD qüvvələri nə bu binaya, nə də Mosuldakı digər diplomatik nümayəndəliklərin binalarına hücum etməyiblər. Sinan Oğan yalnız Türk konsulluğunun hədəfə götürülməsinin məqsədli xarakter daşıdığını bildirib.
OXŞAR XƏBƏRLƏR
18:49
275
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
15:11
486
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
17:46
1275
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
13:33
1369
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
13:32
1187
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
19:38
1199