Havanın temperaturu 35 dərəcəyə yüksələcək
İyunun 15-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunundan APA-ya verilən məlumata görə, mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 16-21, gündüz 26-31 dərəcə isti olacaq. Sabah Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam Kiçik Qafqazın bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20, gündüz 30-35, dağlarda gecə 7-12, gündüz 20-25 dərəcə isti olacaq.
OXŞAR XƏBƏRLƏR
18:49
275
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
15:11
486
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
17:46
1275
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
13:33
1369
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
13:32
1187
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
19:38
1199