Federal Təhqiqat Bürosu Gülən məktəblərində təhqiqata başlayıb
ABŞ Federal Təhqiqat Bürosu ölkədə Fətullah Gülən hərəkatına məxsus “Concept School” məktəblərində araşdırmaya başlayıb.
APA-nın Türkiyənin “Hürriyət” qəzetinə istinadən verdiyi məlumata görə, Federal Təhqiqat Bürosunun əməkdaşları keçən həftə mərkəzi Çikaqoda olan “Concept School”a aid olan və Ohayo, İndiana və İllionis ştatlarında yerləşən 19 məktəbdə araşdırma aparıb, sənədlər toplayıb.
Ohayo ştatında yayımlanan “Beacon Journal” qəzeti ABŞ Təhsil Nazirliyi və Federal Əlaqələr Komissiyasının Federal Təhqiqat Bürosuna məktəblərdə araşdırma aparmaq icazəsi verdiyini yazıb. “Concept School” sözçüsü Katerina Beckuith qəzetə açıqlamasında deyib ki, ABŞ Təhsil Nazirliyinin rəsmiləri geniş miqyaslı federal təhqiqat çərçivəsində onlardan məlumatlar tələb edib. ABŞ Təhsil Nazirliyi məktəblərə yönəldilən fond vəsaitlərini araşdırdığını, texniki heyət üçün istifadə edilən ictimai fondların vəsaitləri ilə bağlı təhqiqat başlatdıqlarını bildirib.
Təhqiqatın ABŞ Əmək Nazirliyinin “Concept School”da çalışan türk müəllimlərlə bağlı apardığı araşdırmanın bir hissəsi olduğu təxmin edilir. “Concept School”un ABŞ-ın 26 ştatında 140 məktəbi var. ABŞ təhsil sisteminə əsasən bu məktəblərin bir çoxu ABŞ dövləti tərəfindən maliyyələşdirilir. Ona görə də bu məktəblərdə çalışan xarici ölkə vətəndaşı olan müəllimlərin maaş və xərclərinin ictimai fondlar vasitəsi ilə ödənilməsi ABŞ qanunlarına ziddir. Araşdırmalar zamanı bu məktəblərdə çalışan türk müəllimlərin vizalarının ictimai fondlar vasitəsi ilə təmin edildiyinin üzə çıxdığı iddia edilir.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub