Sabunçu körpüsündə zəncirvari qəza: "Mercedes" "Vaz 2107" və sərnişin avtobusu toqquşdu
Bakının Sabunçu rayonunda qəza baş verib. APA TV-nin məlumatına görə, qəza Sabunçu körpüsünün üzərində qeydə alınıb. Nəqliyyatın intensiv olduğu vaxt yüksək sürətlə hərəkət edən "Mercedes" "Vaz 2107"-ni arxadan vurub. Zərbənin təsirindən "VAZ 2107" hərəkət halında olan sərnişin avtobusuna çırpılıb. Qəzada xəsarətə alan olmasa da, maşınlara ciddi ziyan dəyib. Hadisə yerinə Dövlət Yol Polisinin Sabunçu Rayon Şöbəsinin əməkdaşları gəliblər. İlkin araşdırmalar nəticəsində məlum olub ki, qəzaya yüksək sürət səbəb olub. Qəzaya görə körpünü üzərində tıxac yarandığından avtomobillər evakuatorlar vasitəsi ilə hadisə yerindən uzaqlaşdırılıblar. Faktla bağlı Dövlət Yol Polisinin Sabunçu Rayon Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
18:49
276
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
15:11
487
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
17:46
1276
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
13:33
1369
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
13:32
1187
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
19:38
1199