Bakıda quldurluqda təqsirləndirilən 5 nəfərə bəraət verildi
Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Natiq Əliyev və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA TV-nin məlumatına görə, prosesdə çıxış edən vəkil Adəm Məmmədov bildirib ki, təqsirləndirilən şəxslərin cinayət əməli törətmələri nə istintaq, nə də məhkəmə zamanı sübuta yetirilib. O, istintaqı zamanı qanunsuz əməllərə yol verən şəxslərin barəsində xüsusi qərar çıxarılmasını və təqsirləndirilən şəxslərə bəraət verilməsini xahiş edib.
Müşavirədən sonra hakim hökmü elan edib. Hökmə əsasən, təqsirləndirilən şəxslər – Natiq Əliyev, Tural Quliyev, Ceyhun İsayev, Elnur Məlikov və onun qardaşı Emil Məlikova ittiham olunduqları Cinayət Məcəlləsinin 181.2.1-ci , 181.2.5-ci (quldurluq) maddələri üzrə bəraət verilib. Onlar məhkəmə zalından azadlığa buraxılıblar.
Məhkəmə cinayət işini düzgün araşdırmayan, yalnız ehtimallara əsaslanıb ittiham aktı tərtib edən Nizami rayon Polis İdarəsinin müstəntiqləri Rüfət Allazov və Əli Əhmədovun barələrində də xüsusi qərar çıxarıb. Onlar barəsində tədbir görüləcək.
Qeyd edək ki, təqsirləndirilən şəxslər taksi sürücüsü Yusif Muradova hədə-qorxu gələrək pulunu almaqda ittiham olunublar. Məhkəmə prosesi zamanı Yusif Muradovun Nizami rayon 23 -cü polis bölmıəsinin rəisi və əməkdaşları tərəfindən təzyiq altında izahat yazdığı sübuta yetirilib.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub