Şair Vidadi Tağızadə canlı yayımda vəfat etdi
Telejurnalist, şair Vidadi Tağızadə dünyasını dəyişib. APA TV-nin məlumatına görə, Sumqayıtın ''Dünya TV"də canlı olaraq yayımlanan ''Bu sabah'' verilişində şairin vəziyyəti qəflətən pisləşib və keçinib. Onun vəziyyətinin ağırlaşdığını görən verilişin aparıcısı rejissordan tez klipə keçid almağı xahiş edib. Bu zaman isə şair dünyasını dəyişib. Vidadi Tağızadə 1954-cü ildə Ağcabədi rayonu Şərəfxanlı kəndində anadan olub. 1982-ci ildə Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu bitirib. 10 il Ağcabədi rayonu Hindarx kənd orta məktəbində rus dili müəllimi işləyib. Vidadi Tağızadə 25 ildən çox respublika mətbuatında müxtəlif səpkili yazılarla çıxış edib. Mərhum üç kitab müəllifi idi.
OXŞAR XƏBƏRLƏR
18:49
294
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
15:11
501
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
17:46
1286
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
13:33
1372
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
13:32
1189
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
19:38
1204