İstirahət günlərində hava necə olacaq?
Yaxın iki gün ərzində havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın APA TV-yə verdiyi məlumata görə, iyunun 13-dən 14-ə keçən gecə yağış yağacağı, səhər kəsiləcəyi, gündüz mülayim cənub küləyi əsəcəyi proqnozlaşdırılır. havanın temperaturu gecə 15-20, gündüz 25-30 dərəcə olacaq.
Respublikanın ayrı-ayrı bölgələrində yağışın kəsiləcəyi, gün ərzində yağmursuz keçəcəyi, axşam saatlarında Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacağı, qısa müdətli yağış yağacağı ehtimal olunur. CƏnub Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 30-35, dağlarda gecə 7-12, gündüz 19-24 dərəcə isti olacaq.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub