Bakıda sərnişin avtobusu qəza törətdi: Yaralananlar var
Bakıda marşrut avtobusu qəza törədib. Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saatlarında Azadlıq prospekti - 189 ünvanında qeydə alınıb. 165 saylı xətt üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusu iki minik avtomobili ilə toqquşub. Nəticədə bir neçə nəfər yüngül xəsarət alıb. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev APA-ya açıqlamasında deyib ki, hadisə ilə bağlı saat 08.45-də təcili yardıma məlumat daxil olub. Oqtay Şahmaliyev qeyd edib ki, 165 saylı xətt üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusunun “Wolksvagen” və “Hyundai” markalı iki minik avtomobili ilə toqquşması nəticəsində yaralananlar var. Hadisə yerinə 2 təcili yardım briqadası göndərilib. Hadisə nəticəsində 3 nəfər qadın xəsarət alıb və onlar Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub