İraqdakı türk girovlarla bağlı son durum
Türkiyənin Xarici İşlər Nazirliyi İraqda "İraq Şam İslam Dövləti" qruplaşmasının əlində girov olan Türkiyə vətəndaşlarının sayını açıqlayıb. Nazirliyin saytında yerləşdirilən məlumata görə, konsulluğa hücum zamanı 49 əməkdaş və bəzi ailə üzvləri girov götürülüb. Bundan başqa, 31 sürücü də girovluqdadır. Nazirliyin açıqlamasında deyilir ki, rəsmi Ankara 80 Türkiyə vətəndaşının azad edilməsi üçün imkanları səfərbər edib.
Xarici işlər Əhməd Davudoğlu isə Mosul böhranı ilə əlaqədar siyasi partiya liderləri ilə görüşlər keçirib. Onun sözlərinə görə, əsas məsələ girovluqdakı Türkiyə vətəndaşlarının təhlükəsizliyidir.
Bu arada isə İraq ordusu Mosul şəhərinin 2 rayonunu - Qüds və Təhriri terrorçulardan azad edib. Məlumata görə, terrorçuların əsas mövqelərinə hava zərbələri endirilib. “İraq Şam İslam dövləti” qruplaşmasının silahlıları tələsik şəhəri tərk etməyə başlayıblar.
Bundan başqa, ordu qüvvələri Əl Kərəm şəhəri yaxınlığında terrorçuların hücumunu dəf edə biliblər. “İraq Şam İslam dövləti”nin dəstələri həmçinin Samarra, Tikrit və Bəəkübə şəhərlərindən çıxarılıb.
Bununla belə, . “İraq Şam İslam dövləti” qruplaşmasının silahlı dəstələri Diyala əyalətinin iki şəhərini ələ keçiriblər. Bunlar Cəlalula və əs-Səudiyyə şəhərləridir. Cəlalula şəhəri paytaxt Bağdadın cəmi 115 kilometrliyində yerləşir.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub