Gəncədə təbii fəlakətin nəticələri aradan qaldırılır
Təbii fəlakətin Gəncənin şəhər təsərrüfatına vurduğu ziyanın aradan qaldırılması işləri davam edir. Ötən gündən şəhərdə qasırğa nəticəsində yararsız hala düşmüş dam örütklərinin yenilənməsi işlərinə başlanılıb. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin verdiyi məlumata görə, güclü qasırğa Gəncədə 300-ə yaxın yaşayış binasında, fərdi yaşayış evləri və ictimai-sosial obeyektlərin inzibati binalarının dam örtüklərinə ciddi ziyan vurub.
Fövqəladə Hallar Nazirliyi və Gəncə şəhər icra hakimiyyətinin nümayəndələrindən ibarət komissiya zərərin qeydə alınması işlərini həyata keçirir. Artıq 300-binadan 15-nin dam örtüyünün dəyişdirilməsi üçün lazimi tikinti və təmir materialları ərazilərə gətirilib, işlərə start verilib. Elmar Vəliyev jurnalistlərə açıqlamasında işlərin 2 həftə ərzində tamamlanacağının nəzərdə tutulduğunu bildirib.
İcra başçısı təbii fəlakətin Gəncəyə vurduğu ziyanın məbləğini açıqlamağın hələ tez oldutunu bildirib:
Gəncədə təbii fəlakətin zərərin aradan qaldırılmasına operativliyi təmin etmək məqsədi ilə "Qaynar xətt" də yaradılıb. Sakinlər bu yolla qasırğanın vurduğu ziyan barəsində məlumat verə bilərlər. Şikayətləri müvafiq komissiya üzvləri qeydə aldıqdan sonra yerində araşdırma aparılacaq.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub