2 ay sonra ata olacaq gənci ildırım kül etdi
Ağdaşda kənd sakini ildirım vurmadan ölüb. APA TV-nin məlumatına görə, hadisə Ağdaşın Qaradeyin kəndi ərazisində baş verib. Kənddə qəflətən başlayan güclü yağış zamanı ildırım çaxması faciəyə səbəb olub. Kənd sakini 1992-ci il təvəllüdlü Mənsur Məhərrəm oğlu Hüseynov at belində otlaq sahəsində xırda buynuzlu heyvanları otararkən ildırım onu vurub. Nəticədə Mənsur Hüseynov hadisə yerində dünyasını dəyişib. Hadisə şahidlərinin sözlərinə görə, həmin vaxt 4 nəfər mal-qara otarıb. Mənsur atla heyvanlara tərəf gedib və qəflətən ildırım onu vurub. İldırım vurması nəticəsində Mənsur Hüseynovun bədəni tamamilə yanıb. İldırım onun atını və bir qoyununu da vuraraq öldürüb. Faktla bağlı Ağdaş rayon prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, Mənsur Hüseynov 7 ay öncə ailə həyatı qurub. Onun iki aydan sonra övladı dünyaya gələcəkdi.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub