Musa Pənahov: "Paytaxtda 50 metro stansiyası tikiləcək "
"Paytaxtda 50-yə yaxın metro stansiyasının tikintisi nəzərdə tutulub. Əhaliyə xidmət səviyyəsinin yüksəldilməsi məqsədi ilə yeni avtobuslar və taksilər də gətiriləcək". APA TV-nin məlumatına görə, bunu jurnalistlərə nəqliyyat nazirinin müavini Musa Pənahov deyib.
"Şəhərdə nəqliyyatın idarə olunması ilə təkcə Nəqliyyat Nazirliyi məşğul olmur. Son zamanlar yeraltı, yerüstü parkinqlərin tikilməsi, o cümlədən küçə parkinqinin tənzimlənməsi öz nəticəsini verir. Bakının mərkəzində tıxacların sayı azalıb. Bu istiqamətdə işlər davam etdiriləcək".
Nazir müavini avtobus sürücülərinin törətdikləri yol-nəqliyyat hadisələrindən də danışıb.
"2013-cü ildə 130-dan artıq sürücü hərəkət təhlükəsizliyinə riayət etmədiyinə görə, işdən azad olunub. Bu sahədə ciddi tədbirlər görülür".
Musa Pənahov deyib ki, Bakıda ictimai nəqliyyatda gediş haqqının kart sistemi ilə ödənişinin tətbiqi prosesi ilin sonuna kimi başa çatacaq. Hazırda Bakıda 2500-ə yaxın avtobus çalışır.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub