Bakıdakı Avropa Oyunları üçün əsas sponsor müəyyənləşdi
Bakı - 2015 Avropa Oyunlarının Əməliyyat Komitəsi ilə (BEGOC) ilə BP şirkəti arasında saziş imzalanıb. APA TV-nin məlumatına görə, həmin sazişlə BP Avropa Oyunlarının əsas sponsorlarından olacaq. Əldə olunan razılaşmaya əsasən şirkət Azərbaycanda yüksək səviyyəli idmançıların yetişdirilməsinə yardım edəcək. Bakı - 2015 Avropa Oyunlarını bütün Azərbaycanda təbliğ etməklə yanaşı, BP şirkəti Avropa Oyunlarından əvvəl bu tədbirə ev sahibliyi edəcək ölkənin medala iddialı olan idmançılarının yetişdirilməsini maliyyələşdirməyə yardım edəcək. Gənclər və idman naziri və Bakı Avropa Oyunlarının Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov bildirib ki, London oyunlarına hazırlıq prosesində də idmançılar bu şirkət tərəfindən dəstəklənib. Sonda hər iki tərəf arasında razılaşma sənədi imzalanıb. Qeyd edək ki, Avropa Oyunları 19 idman növü üzrə keçiriləcək 17 yarış günü müddətində 6 mindən artıq idmançının öz ölkələrini təmsil etməsi gözlənilir.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub