Tərtərdə güclü yağış evlərə və əkin sahələrinə ciddi ziyan vurub
Ötən gün axşam saatlarından Qarabağ bölgəsində müşahidə olunan qeyri-sabit hava şəraiti bəzi yaşayış məntəqələrinə zərər vurub. Güclü yağış nəticəsində evlərə su dolub, şəxsi təsərrüfatlara və əkin sahələrinə ciddi ziyan dəyib. Sel suları Tərtərin Borsunlu, Bəyimsarov və Dəmirçilər kəndlərində həyətyanı sahələrə, evlərin zirzəmilərinə dolub.
Borsunlu kənd sakini Aslan Hüseynov APA TV-yə deyib ki, dama dolan su nəticəsində 40-50 toyuq-cücə məhv olub. Bir çox ev isə su dolsa da, heyvanlarını çıxara biliblər. Kəndin biçilməmiş taxıl, arpa zəmilər lil altında qalıb.
Zirzəmidən saxlanc yeri, anbar kimi istifadə edən sakinlərə isə daha çox zərər dəyib. Belə ki, qış ehtiyatları sel suları nəticəsində məhv olduğundan kəndlilər yenidən tədarük görməli olacaqlar.
Yağıntının fəsadlarını aradan qaldırmaq üçün Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri və texnikası ilə əraziyə cəlb edilib.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub