Dolu və qasırğa Göygölün 7 kəndində fəsadlara yol açıb
Qərb zonasında hökm sürən dolu və qasırğa Göygöl rayonuna da fəsadlarla müşahidə edilib. APA TV-nin məlumatına görə, rayon icra hakimiyyəti başçısının müavini Rauf Nəsirovun APA TV-yə verdiyi məlumata görə, rayonun Zurnabad, Şəhriyar, Çaykənd, Yenizod, Toğana, Quşçu, Qarabulaq kəndlərinə düşən dolu evlərin dam örtüklərini zədələyib, sel suları yolları yuyub.
Göygöldə dolu və sel fərdi evlərlə yanaşı, avtomobillərin üzərinə də düşərək maşınları zədələyib. Bundan başqa istirahət mərkəzləri və digər obyektlərin dam örtükləri yararsız hala düşüb.
Məlumata görə sel suları dağlardan yuyulub gələn çınqıl və daş parçalarını evlərə və yola töküb. Texnika kəndlərdə yolların təmizlənməsi işlərinə cəlb olunub. Fəsadların aradan qaldırılması istiqamətində iş gedir.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub