Saçaqlı pendir belə hazırlanır - İYRƏNCLİK!
Şəkidə pendir istehsal edən sex gigiyenik qaydalara riayət etmədiyi və istehsal üçün uyğun olmayan antisanitar vəziyyət aşkarlandığı üçün fəaliyyəti dayandırılıb. APA TV-nin məlumatına görə, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Şəki Ərazi İdarəsi tərəfindən rayonun Qoxmux kəndi ərazisində yerləşən, fiziki şəxs Vüsal Məməş oğlu Məmmədova məxsus pendir istehsal edən sexində dövlət nəzarəti tədbirləri həyata keçirilib. Aparılmış yoxlama zamanı pendir sexində gigiyenik qaydalara riayət olunmaması və istehsal üçün uyğun olmayan antisanitar vəziyyət aşkarlanıb. Yoxlama zamanı sexdə aşkar olunmuş bu və digər nöqsanlarla bağlı iradnamə Vüsal Məmmədova təqdim olunub, sexin fəaliyyəti dayandırılıb. Müfəttişlər tərəfindən yoxlamanın nəticələrinə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edilib. Şəki Ərazi İdarəsinin rəisi Qorxmaz Zakirov APA TV-yə bildirib ki, istehlakçıların keyfiyyətli məhsullarla təmin edilməsi məqsədi ilə müvafiq tədbirlər görülür, lakin elə sahibkarlar var ki, çirkin əməllərindən əl çəkmirlər.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub