Bakıda 48 sərnişin avtobusunun istismarı dayandırıldı
İyunun 10-da Bakı şəhərində keçirilən reydlərin nəticəsi açıqlanıb. Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun APA TV-yə verdiyi məlumata görə, paytaxt ərazisində avtobus sürücülərinə qarşı keçirilən reyd zamanı işıqforun qırmızı işığında keçən 6, sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olan 2, sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə edən 18, sürücülük vəsiqəsində “D” kateqoriyası olmadan 21, dayanacaqdan kənarda sərnişin götürən 108 sürücü barəsində protokol tərtib edilib. V. Əsədov keçirilən reyd zamanı 48 sərnişin avtobusunun istismarının dayandırıldığını bildirib.
OXŞAR XƏBƏRLƏR
18:49
389
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
15:11
588
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
17:46
1367
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
13:33
1380
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
13:32
1195
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
19:38
1210