Külək böyük yanğına səbəb oldu
İsmayıllı rayonunda yanğın hadisəsi baş verib. İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsindən APA TV-yə verilən məlumata görə hadisə şəhərin Axundov küçəsində qeydə alınıb. İsmayıllıda güclü külək əsən zaman elektrik naqillərində baş verən qısa qapanma səbəbindən mağazalardan birində baş verən yanğın qısa vaxt ərzində genişlənərək böyük ərazini əhatə edib. Hadisə zamanı sahibkar Əziz Əzizov, Elxan Əsgərov və Simarə Ətayiyə məxsus qarışıq mallar mağazaları yanıb. Hadisə yerinə 2 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Ümumi sahəsi 110 kvadratmetr olan mağazalar içindəki əşyalarla birgə yanaraq yararsız hala düşüb. Mağazalara bitişik gözəllik salonu da yanaraq yararsız hala düşüb. Hadisə zamanı yaxınlıqdakı iki fərdi yaşayış evi alovdan xilas edilib. Hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub