Şöbə rəisi: "5 ayda qəzalarda 33 uşaq ölüb"
"Yola qəzalarının statistikasında azyaşılıların ölüm və qəzatörətmə hallları çoxalıb".
Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev APA TV-yə deyib ki, respublika üzrə yol qəzalarının 337-si toqquşma nəticəsində baş verib. Bu, yol-nəqliyyat hadisələrinin 33,8%-ni təşkil edib. Nəticədə 135 nəfər ölüb, 462 nəfər yaralanıb: "Azyaşlıların ölümü ilə nəticələnən hadisələrdə 16 yaşa qədər olan 33 uşaq və yeniyetmə dünyasını dəyişib, 68 nəfər isə yaralanıb. Ölənlərdən 15, yaralananlardan 43 nəfəri piyada qismindədir".
Şöbə rəisinin sözlərinə görə, 2014-cü ilin ilin 5 ayı ərzində Azərbaycanda avtobusların iştirakı ilə 34 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 13 nəfər ölüb, 32 nəfər xəsarət alıb. Yük avtomobillərinin iştirakı ilə isə 56 yol qəzası qeydə alınıb. Qəzalar nəticəsində 22 nəfər ölüb, 63 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub