12 və 28 yaşlı iki oğlan dənizdə batdı
Daha iki nəfər dənizdı batıb. Fövqaladə Hallar Nazirliyindən APA TV-yə verilən məlumata görə, Bakı şəhəri, Xəzər rayonu hissəsində (“Sahil-1” sularda xilasetmə məntəqəsindən təxminən 1450 m məsafədə, nəzarət olunmayan ərazidə) batana 2002-сi il təvəllüdlü Namiq Nemət oğlu Nəzərovun cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.
Faciə ilə üzrələşən digər şəxs isə 1986-сü il təvəllüdlü Elmar Davud oğlu Davudovdur. O, Mərdəkan qəsəbəsi istiqamətində Mil-Qaya adlanan ərazidə (ən yaxın sularda xilasetmə məntəqəsindən təxminən 3 km məsafədə, nəzarət olunmayan ərazidə) batıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlanıb. Davudovun cəsədi batdığı yerdən, təxminən, 50 m məsafədə dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub