Türkiyədə mafiya üzvü olan 7 azərbaycanlı tutulub
Türkiyədə 7 azərbaycanlı şəxs saxlanılıb. Onlar Türkiyə polisini öldürməkdə günahlandırılır. APA TV-nin Türkiyənin "Hürriyət" qəzetinə istinadən xəbərinə görə, hadisə ötən gün Ədirnənin Keçmiş İstanbul küçəsində baş verib. Rusiya dövlət nömrə nişanlı avtomobildə olan bir qrup şəxslə Türkiyə nömrə nişanlı avtomobildə olan başqa bir qrup arasında silahlı qarşıdurma olub. Təsadüfən hadisə yerində olan və hadisəyə müdaxilə etmək istəyən Ədirnə Polis İdarəsinin polisi Hüseyn İmrak ürəyindən yaralanıb. Ədirnə Dövlət Xəstəxanasına çatdırılan Hüseyn İmrakı xilas etmək mümkün olmayıb. Hadisəylə bağlı Ədirnədə 7, Təkirdağın Çorlu rayonunda 6 və İstanbul Şişlidə 1 nəfər olmaq ümumilikdə 14 nəfər saxlanılıb. Saxlanılan azərbaycanlılar 39 yaşlı Ceyhun Əsgərov, 45 yaşlı Rövşən Əliyev, 31 yaşlı Elşən Babayev, 33 yaşlı Əlimüseyib Heydərov, 27 yaşlı Namiq Umudov, 38 yaşlı Miryazif Fəxrəddin və Qara Əliyevdir. 14 nəfərin hər biri tibbi müayinədən keçirib. "Haber3"-ün məlumatına görə, Hüseyn İmrakı vuran Azərbaycan əsilli şübhəli şəxs isə axtarışdadır. Ədirnə valisi Dursun Əli Şahin hadisəninin azərbaycanlı, rus və gürcü mafiya qruplarının hesablaşması olduğunu bildirib.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub