Bakıda TürkPA-nın V plenar sessiyası keçiriləcək
Sabah Bakıda Türkdilli ölkələrin Parlament Assambleyasının V plenar sessiyası keçiriləcək. APA TV-nin xəbərinə görə, iki gün davam edəcək toplantıda TürkPA-nın illik fəaliyyəti təhlil ediləcək. Təşkilat katibliyinin ötən ilin büdcəsinin icrasına dair hesabatları dinləniləcək, təşkilati məsələlərə, o cümlədən TürkPA katibliyinin 2015-ci il üçün büdcə layihəsinə baxılacaq, təşkilatın VI plenar sessiyasının vaxtı və yeri müəyyən olunacaq. V plenar sessiyanın yekunları üzrə Bakı Bəyannaməsi qəbul ediləcək.
Sessiyaya MDB Parlamentlərarası Assambleyasının nümayəndə heyəti də qatılacaq. Türkdilli Ölkələrin Parlament Assambleyasına sədrlik Türkiyədən Azərbaycana keçəcək. Qeyd edək ki, toplantı ilə əlaqədar Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək də Azərbaycana səfər edəcək.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub