Yevlaxda polisin maşını qatarın altında qaldı: 1 ölü, 1 yaralı
Yevlax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə Yevlax rayonu ərazisində qeydə alınıb. Yevlax rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı 1990-cı il təvəllüdlü Quliyev Ruslan Abbasqulu oğlu idarə etdiyi “Chevrolet Niva” markalı avtomobillə sürətlə hərəkət edərək dəmir yolu xəttini keçmək istəyib və Bakı-Tbilisi dəmir yolu xəttinin Yevlax şəhərindən keçən hissəsində hərəkətdə olan qatarla toqquşub. Hadisə zamanı qatar avtomobili əzərək yararsız hala salıb və sərnişin, Yevlaxın Nemətabad kənd sakini, 1981-ci il təvəllüdlü Elməddin Əhmədov aldığı xəsarətdən hadisə yerində ölüb. Müxtəlif bədən xəsarətləri alan sürücü Ruslan Quliyev Yevlax Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Açıq kəllə beyin travması alan Ruslan Quliyevin vəziyyəti hazırda orta-ağır qiymətləndirilir.
Faktla bağlı Yevlax rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub