Qəza zamanı sığorta ödənişi üçün DYP-dən arayış lazım olmayacaq
Azərbaycanda sığorta şirkətləri ilə avtomobil sahibi arasında qəza nəticəsində zərər dəymiş avtomobilin təmiri ilə bağlı mübahisələr son qoyulacaq. APA TV-nin məlumatına görə, Maliyyə Nazirliyi tərəfindən hazırlanan “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları” layihəsinə əsasən avtonəqliyyat vasitələrinin və avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə zərər dəyən avtomobilin təmir edilməsi üçün təmir emalatxanasını təyin etməklə bağlı seçim hüququnun sığortaçıya və ya sığorta olunana aid edilməsi sığorta müqaviləsində müəyyən ediləcək. Bundan başqa avtomobil qəzaları zamanı sığorta ödənişini almaq üçün Dövlət Yol Polisindən arayış almaq lazım olmayacaq. Sənədin "Hadisə ilə bağlı təsdiqedici sənədin tələb olunmaması" bölməsində bildirilir ki, avtomobil qəzası zamanı iki şərt mövcud olduğu halda sığorta şirkəti DYP-dən arayış tələb edə bilməyəcək. Bu hallar hadisənin günahkarının kimliyi ilə bağlı tərəflər arasında mübahisənin olmaması və hadisə nəticəsində sağlamlığa zərər dəyməməsidir. Belə olduqda ödəniş yol polisinin arayışı tələb edilmədən verilməlidir.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub