Nərimanov rayonunda qadın sürücü qəza törədib
Bakının Nərimanov rayonunda diqqətsiz qadın sürücü qəza törədib. APA TV-nin məlumatına görə, hadisə Fətəli xan Xoyski prospektində qeydə alınıb. 31 yaşlı Aynurə Baxşıyeva sükanı arxasında olduğu "Wolsvagen Jetta" markalı avtomobillə prospektdə əks istiqamətdə hərəkətdə olarkən, 43 yaşlı Hikmət Məmmədzadənin idarə etdiyi "Wolsvagen Touareg"lə toqquşub. Baş verən qəzada xəsarət alan olmasa da qadın sürücü hadisə yerini tərk edib. Dərhal hadisə yerinə yol polisinin Nərimanov Rayon Şöbəsinin əməkdaşları gəliblər. Yararsız hala düşmüş avtomobillər evakuator vasitəsi ilə cərimə meydançasına aparılıb. İlkin ehtimallara görə qəzanın baş verməsinə qadın sürücünün prospektə əks istiqamətdə daxil olması səbəb olub. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
18:49
401
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
15:11
598
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
17:46
1380
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
13:33
1384
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
13:32
1198
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
19:38
1214