Xətai rayonunda sərxoş sürücü müştərisinin maşını ilə qəza törədib
Bakının Xətai rayonu, Ramiz Quliyev küçəsində sərxoş sürücü qəza törədib. APA-nın məlumatına görə, müştərisinin maşınını içkili vəziyyətdə idarə edən usta "10 LK 483" dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobili yol kənarında dayanan "Toyota" və digər bir "Mercedes" markalı avtomobilə vurub. Hadisə şahidlərinin məlumatına görə, sərxoş sürücü yolun ortasında dayandıqdan sonra dönmə əməliyyatı zamanı idarə etdiyi maşını sürətlə yol kənarında dayanan avtomobillərə çırpıb. Nəticədə sərxoş sürücü yüngül xəsarət alıb, avtomobillərə ciddi ziyan dəyib. Hadisə yerinə gələn Təcili Yardımda yaralı sürücüyə ilkin tibbi yardım göstərildikdən sonra, o polis şöbəsinə aparılıb.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
18:49
412
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
15:11
607
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
17:46
1391
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
13:33
1386
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
13:32
1200
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
19:38
1216