Xaçmazda yaşayış evi yanıb
Bu gün günorta saatlarında Xaçmaz rayonunda yaşayış evi yanıb. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz şəhər sakini Mustafayev Çingiz Əlisultan oğluna məxsus birmərtəbəli yaşayış evinin 120 kvadratmetrlik sahəsi ev əşyaları ilə birlikdə yanıb.
Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını cəlb olunub. Alovun daha geniş əraziyə yayılmasının qarşısı alınıb.
Yanğının başvermə səbəbləri araşdırılır.
OXŞAR XƏBƏRLƏR
18:49
412
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
15:11
607
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
17:46
1391
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
13:33
1386
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
13:32
1200
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
19:38
1216