Pakistanda terror aktı: 50 ölü
Pakistanda növbəti dəfə terror aktı törədilib. Hadisə Pakistan-İran sərhədində yerləşən Taftan bölgəsində qeydə alınıb. İrandan Pakistana gələn 10 avtobus otelin qarşısında dayanan zaman iki kamikadze avtobuslara hücum edib. Otelin işçiləri kamikadzeləri silahla zərərsizləşdirmək istəsələr də, onlar üzərilərindəki bombanı işə sala biliblər. Ard-arda baş verən iki partlayış nəticəsində avtobuslar yarasız hala düşüb. İlkin ehtimala görə, ölənlərin sayı 22 nəfərdir. Partlayış nəticəsində yaralanan şəxslər yaxınlıqdakı xəstəxanalara çatdırılıblar. Ölü sayının artacağı ehtimalı var. Partlayış baş verən yer hüquq-mühafizə orqanları tərəfindən mühasirəyə alınıb.
Bu gün səhər saatlarında bir qrup silahlı şəxs Pakistanın Kəraçi şəhərinin hava limanına hücum edib. Hüquq-mühafizə orqanları ilə yaraqlılar arasında beş saat davam edən atışma zamanı 28 nəfər ölüb, 18 nəfər yaralanıb.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub