Müdafiə naziri "istefa ərizəsi" ilə bağlı xəbərlərə aydınlıq gətirdi
Müdafiə Nazirliyi kütləvi informasiya vasitələrində müdafiə naziri Zakir Həsənovun istefa ərizəsi yazması barədə yayılan xəbərlərə aydınlıq gətirib.
APA TV-nın xəbərinə görə, Müdafiə Nazirliyinin saytında bu kimi xəbərlərin yayılması ictimaiyyət arasında ordu haqqında yanlış fikrin yaranması və aparılan islahat-quruculuq işlərinin şübhə altına alınması məqsədi güddüyü, eyni zamanda Silahlı Qüvvələrin rəhbərliyində təəssüf hissi doğurduğu vurğulanıb: “Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, Silahlı Qüvvələrdə Nizamnamələrin tələblərinə uyğun vahid komandanlıq tərəfindən idarə olunan sağlam, həmrəy və yekdil hərbi kollektiv formalaşıb və ordu quruculuğu prinsiplərinə, subordinasiya qaydalarına uyğun hərbi xidmət təşkil olunub. Mətbuatda yayılan bu məlumatın heç bir əsası yoxdur və yalnız uydurma xarakteri daşıyır”.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub