Meteohəssas insanlara xəbərdarlıq: havalar isinir
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 17-22, gündüz 30-35 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında əsasən gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 18-23, gündüz 32-37, dağlarda gecə 8-13, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.
Yaxın 2-3 gün ərzində Abşeron yarımadasında atmosfer təzyiqinin enməsi fonunda günorta saatlarında temperaturun 35 dərəcəyədək yüksələcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əlverişsizdir.
OXŞAR XƏBƏRLƏR
Ceyhun Bayramov: Bu gün Azərbaycan-Litva münasibətləri üçün tarixi gündür
İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul etdi
25 NOYABR - Kəlbəcərin AZADLIQ VƏ DİRÇƏLİŞ tarixi
Razi Nurullayev bəzi məmurları tənqid etdi: “Dostbazlıq, yerlibazlıq…”
Prezident Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi