Göygöldə qasırğa: binaların dam örtükləri dağıldı
Göygöl rayonunda güclü qasırğa olub. RİH-dən APA TV-nin qərb bürosuna verilən məlumata görə, qasırğa dünən axşam saatlarında rayonun Hacıməlikli kəndi ərazisində baş verib. Burulğan formasında olan qasırğa kəndin orta məktəbi, uşaq bağçası və poçt binası olan ərazisini tutaraq tikililərin dam örtüklərini dağıdıb. Göygöl rayon İcra Hakimiyyəti başçısının müavini Rauf Nəsirovun verdiyi məlumata görə, qasırğa tikililərə təxminən 30 min manat məbləğində ziyan vurub. Hazırda qasırğanın yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.
OXŞAR XƏBƏRLƏR
18:49
412
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
15:11
607
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
17:46
1391
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
13:33
1386
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
13:32
1200
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
19:38
1216