Elşad İskəndərovun XİN sisteminə bərpa olunması rəsmi şəkildə təsdiqləndi
“Elşad İskəndərov Azərbaycan Xarici İşlər Nazirliyi sisteminə bərpa olunub”.
Bu barədə APA-ya Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib. O xatırladıb ki, E. İskəndərov əvvəllər Azərbaycan XİN-in əməkdaşı olub: “Hazırda o, XİN-ə bərpa edilib və 6 iyun tarixindən Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun baş katibi vəzifəsinə təyin edilərək, İstanbula ezam olunub”.
Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Elşad İskəndərov daha əvvəl də Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun baş katibi vəzifəsində çalışıb.
OXŞAR XƏBƏRLƏR
18:49
412
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
15:11
607
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
17:46
1391
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
13:33
1386
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
13:32
1200
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
19:38
1216