Hərbçilərimiz qəzaya düşdülər
Azərbaycan Ordusunun hərbçiləri qəza törədib. Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, İmişli rayonu ərazisində gizir Siruz Məmmədovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil “KamAZ” markalı yük maşını ilə toqquşub. Nəticədə ağır xəsarətlər alan hərbçi hospitala yerləşdirilib.
Daha bir hadisə isə Bakının Qaraçuxur qəsəbəsində qeydə alınıb. Azərbaycan Ordusunun zabiti, mayor Rövşən Yusifovun idarə etdiyi “Opel” markalı avtomobil yolun əks istiqaməti ilə hərəkətdə olan “Mercedes” markalı minik maşını ilə toqquşub. Nəticədə R.Yusifov yüngül xəsarət alıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya hər iki faktı təsdiqləyiblər. Bildirilib ki, qəzaya düşən gizir S.Məmmədovun ağır qiymətləndirilir. Mayor R.Yusifov isə ilkin müayinədən sonra xidməti yerinə qaytarılıb.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub