Çeçen müharibəsində iştirak edən rus general özünü güllələdi
Moskvada Çeçen müharibəsinin iştirakçılarından olan Rusiyalı general intihar edib. APA TV-nin məlumatına görə, ehtiyatda olan general-mayor Viktor Qudkov özünü şəxsi "Makarov" tapançası ilə paytaxtın cənubunda yaşadığı ünvanda boğazından güllələyib. Hadisə barədə generalın qızı "02" qaynar xəttinə zəng vuraraq bildirib. Məlumatda bildirilir ki, general son vaxtlar ayaq ağrılarından əziyyət çəkirmiş. Həkimlər onu daim nəzarətdə saxlasalar da o, ağrılardan durmadan şikayət edib. Generalın qızı bildirib ki, atası son vaxtlar ayaqlarına tromb yığıldığını da deyib və əlavə edib ki, o, ölümdən qorxduğu üçün tez-tez depresiyaya düşürmüş. Hazırda hadisə yerində Rusiyanın Daxili İşlər Nazirliyinin Xüsusi İstintaq İdarəsinin əməkdaşları araşdırma aparır. Generalın yaxınlarından və qonşularından bir-bir ifadələr alınır. General Qudkov Çeçen müharibəsində fərqlənmiş generallardandır və buna görə də xüsusi "Makarov" silahı ilə təltif edilib.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub