Yük maşını minik avtomobilini vurdu: ana və oğlu ağır yaralandı
Lənkəranda 2 nəfərin ağır yaralanması ilə nəticələn yol qəzası baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə ötən axşam Ələt-Astara magistralının 196-cı kilometrliyində, rayonun Göyşaban kəndi ərazisində qeydə alınıb. Lənkəran sakini Elməddin Rəfail oğlu Zeynalovun idarə etdiyi “İveco” markalı yük maşını hərəkətdə olarkən, yolun kənarında dayanan və Biləsuvar şəhər sakini, 32 yaşlı Yusif Qafar oğlu Nağıyevə məxsus “Mercedes” markalı, minik avtomobilini yan tərəfdən vurub. Qəza nəticəsində “Mersedes”in sürücüsünun həyat yoldaşı, 32 yaşlı Elmira Yusif qızı Ağayeva və 9 yaşlı oğlu Zəfər Nağızadə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
İkin ehtimallara görə, qəzanın baş verməsinə “İveco”nun yüksək sürətlə hərəkət etməsi səbəb olub.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub