ŞOK! FİFA Braziliyanın dünya çempionatını keçirməyə hazır olmadığını açıqladı
FİFA nümayəndələri: "Braziliya dünya çempionatını keçirməyə hazır deyil".
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının bir neçə üzvü sensassion açıqlamalar verib. Adları açıqlanmayan nüfuzlu şəxslər Braziliyanın futbol üzrə dünya çempionatını keçirmək iqtidarında olmadığını iddia edirlər. Onların bəyanatında deyilir. "Bizim müşahidə etdiyimiz vəziyyət biabırçılıqdır. Bizə bütün bunlardan nəticə çıxarmaq lazımdır ki, belə hallar bir daha təkrarlanmasın. Biz minimal dərəcədə belə təhlükəsizliyimizdən rahat deyilik. Hər şey çox bərbaddır. Biz əvvəlcədən də hər şeyin ideal olmayacağından şübhələnmişdik. Amma bu daha lap ağ oldu. Stadionların belə hələ standartlara uyğun testlərdən keçmədiyi halda biz dünya çempionatında necə gözəl oyun nümayiş etdirib, bunu bütün planetə yayımlaya bilərik? Tribunalarda baş verə biləcək bədbəxt hadisələrə görə kim məsuliyyət daşıyacaq?" Bu açıqlamanı Estadao təşkilatının üzvləri veriblər. FİFA-nın verdiyi başqa bir açıqlamada isə Braziliyada hər an qaçılmaz olan tətillər çempionatın işinə böyük maneçilik törədə bilər. Buna misal kimi dünən San-Pauluda metropoliten işçilərinin başladığı tətil göstərilir. Xatırladaq ki, iyunun 12-dən iyulun 13-ə qədər Braziliyada keçiriləcək futbol üzrə növbəti dünya çempionatının açılış oyununa cəmi 4 gün qalıb.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub