5 yaşlı uşaq maşının altında qalaraq can verdi
Şirvanda 5 yaşlı uşağı avtomobil vuraraq öldürüb. Şirvan polis şöbəsindən APA TV-nin Mil-Muğan bürosuna verilən məlumata görə, iyunun 7-də saat 14.00 radələrində Şirvan sakini 1987-ci il təvəllüdlü Mirzəyev Kamil Əliməmməd oğlu idarə etdiyi "VAZ 2106" markalı 99 XB 124 dövlət nömrə nişanlı avtomobillə Şirvan şəhəri Gülbala Şıxbala oğlu küçəsi 12 ünvanında yaşayan 2009-cu il təvəllüdlü Vəliyev Fərhad Nahid oğlunu vurub. Uşaq aldığı xəsarətlərdən Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsində dünyasını dəyişib. Şahidlərin bildridiyinə görə, uşaq anasının əlindən çıxaraq yola qaçıb və nəticədə avtomobilin altına düşüb. Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
18:49
444
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
15:11
639
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
17:46
1422
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
13:33
1389
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
13:32
1201
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
19:38
1216