Müsəlman, xaçpərəst və yəhudi nümayəndələr bir arda: Vatikanda "Sülh Duası Mərasimi"!
Dünya katoliklərinin müqəddəs şəhəri - Vatikanda tarixi "dua günü" təşkil ediləcək. Ən maraqlısı isə ibadət zamanı duaları yalnız katoliklər deyil, həmçinin müsəlman, rum və yəhudi nümayəndələr də edəcəklər. APA TV-nin məlumatına görə, Vatikan lideri Papa Fransizin dəvəti ilə İsrail prezidenti Şimon Peres, Fələstin rəhbəri Mahmud Abbas və Fənər Rum kəsimi rahibi Bartholomeos mərasimə qatılacaqlar. Tanrıya bu üç səmavi dini insanlara bəxş etdiyi üçün təşəkkür duaları səsləndiriləcək. Dualar hər üç dinin yer üzünə göndərilmə sırasına görə oxunacaq. Bu vaxta qədər bənzəri olmayan bu görüşdən məqsəd Yaxın Şərqdə sülhə nail olunmasıdır. Bu mərasimin təşkil olunaması fikri Papa Fransizin "müqəddəs torpaqlar"ı ziyarəti zamanı yaranmışdı. 8 iyun tarixinin xristiyan dünyasında Tanrıya təşəkkür - "Pentocoste", yəhudilərdə isə Şaloş bayramı ərəfəsinə düşdüyündən "Sülh üçün Dua Mərasimi" xüsusi önəm daşıyır.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub