Azərbaycan türkiyəli biznesmeni beynəlxalq axtarışa verdi
Azərbaycan daha bir türkiyəli iş adamını beynəlxalq axtarışa verib. Türkiyəli iş adamı qanunsuz biznes fəaliyyəti göstərməkdə təqsirləndirilir. APA TV-nin Lent.az-a istinadən verdiyi məlumata görə, Türkiyə vətəndaşı olan 42 yaşlı Burak Bilgili ölkəmizdə qeyri-qanuni biznes fəaliyyəti göstərməkdə təqsirli bilinir. Onun fotosu və anket məlumatları beynəlxalq polis idarəsinin ofisinə göndərilib. Qeyd edək ki, Azərbaycanın hüquq-mühafizə orqanlarının sorğuları əsasında İnterpol vasitəsi ilə 15-dən artıq türkiyəli iş adamı beynəlxalq axtarışa verilib. Onlar əsasən vergidən yayınma və qeyri-qanuni biznes fəaliyyətində təqsirləndirilir.
OXŞAR XƏBƏRLƏR
18:49
444
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
15:11
639
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
17:46
1427
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
13:33
1389
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
13:32
1201
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
19:38
1216